Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kulis.az Xosrov Natilin yeni şeirlərini təqdim edir
Məndən bir kimsəyə salam söyləmə
Ərtoğrul Cavid
Azər Turana minnətdarlıqlaMəndən bir kimsəyə salam söyləmə
Anam, qıyma azar qəddimi əyə
De ki, həkim ona “olmaz” deyibdi
Danışmaq qadağan olub xəstəyə.Məndən bir kimsəyə salam söyləmə
Demə ki, yuxusu çəkilib ərşə
Demə, ciyərparam yarımcan olub
De ki, şəkil çəkir, yazır həmişə.Demə, çiçəklərin bənizi qaçıb,
Limon sarısıdı yaşıl ləçəyi
demə, bir yataqdı, bir alçaq tavan,
Demə elə budu ta görəcəyiDe ki, üzülməsin Turan bacım da
De ki, baxmasınlar bu haya küyə
Tiflisin yolları vərəmliyibdi
De ki, gələ bilməz indi BakıyaDemə, halı pisdi, hərbi həkimlər
Yaxşı dolanmırlar 24 yaşla
Acı dərmanları, acı həbləri
Ona içirirlər dava, dalaşlaMəndən salam demə nar ağacına
Demə, qan rəngində qanı qaradı
Nalbənd ağacıyam indi bu saat
Ümidsiz yollarım Naxçıvanadı.Gecəsi-gündüzü qarışıb daha
Demə, ümidi yox dura ayağa
Nə Ay aylığında, öz yerindədi
Nə də Günəş düşür soyuq yatağa.Məndən salam demə yada, yaxına
Onsuz xeyri yox mində birinin
Ağızdan çıxanı yellər aparır
Salamın almırlar “xalq düşməni”nin.Ata “xalq düşməni” oğul vərəmlı-
Ana, and verirəm atam Hüseynə.
Eşit, qurban olum, son xahişimi
Məndən bir kimsəyə “salam” söyləmə.
***
Məndən böyük şair olarmı…
Eldar BaxışSən böyük şairsən, dostum, qardaşım
Sən böyük şairsən, sənə min alqış
Allah qəni-qəni rəhmət eləsin,
Allah rəhmət eləsin sənə, ay Eldar BaxışAllah rəhmət eləsin Sarı aşığa
Allah rəhmət eləsin Nazim Hikmətə
O biri dünyanı qoy Allah versin
Valexo Sezar da gedib rəhmətə"Məndən böyük şair olarmı?" - dedin
Sən azadlıq dedin, yalanmı dedin?!
Dediyin hər sözü düzünə dedin
Gözünün içinə - üzünə dedin"Niyə getmək olmur Vyetnama?" - dedin,
"Niyə getmək olmur Parisə?" - dedin,
"Niyə getmək olmur Təbrizə?" - dedin.Yarpaq yaşılını tanıyır indi,
Tanıyır zairli, tanıyır çinli,
Yazıq fələstinli, suriyalı da,
Yaxşı tanıyırlar səni, ay qardaşSən umudun oğlu, Baxışın oğlu
Bir uzaq kəndlinin sarışın oğlu
Dinclik tərəfkeşi - barışın oğluCılız şairlərin quluncu qırıq
Səni sevə bilməz ha bu şairlər.
Bu xala şairlər, bibi şairlər
Naftalin şairlər - zibil şairlərSəni sevə bilməz qoyun şairlər
Adı qulağına dəyən şairlər
Aşsüzən şairlər, ləyən şairlərHər həftə qəzetdə üzən şairlər
Ucuz yeməkxana, çay evlərində
Dartına dartına gəzən şairlər
Sənin yerişini yeriyə bilməzSən böyük şairsən, ay Eldar Baxış
Sən böyük şairsən, dostum, qardaşım
Sən böyük şairsən, sənə min alqış.***
Melisanın adına bağışlayıramNəvəmlə gəlirəm hər gün məktəbdən
Məktəbin önüdü - gözləmə zalım.
Yaş ötüb, hərdənbir çıxıram təbdən
“Yenə harda qaldı şəkərim, balım”- Günaydın, gül balam, neçə dərs keçdin
Bəs niyə gec qaldın dünənki təki
- Tənəffüs indicə bitdi, ay baba
İndicə vuruldu bu dərsin zəngi-.Hələ ki, yaşları bir rəqəmlidi
Hələ sevimlidi müəllimləri.
Çantasında su kimi, kətə kimi
gəzdirir “sağ ol”u, “afərin”ləriAğır çantasını alıb çiynimə
Keçirik hər fəsil qışı, payızı.
Keçirik zolaqlı işıqfor yoldan,
Bir gün yaşıl olur, bir gün qırmızı.Uşaqlar böyüyür məktəb yolunda,
tükənir dəftərdə iz hələm-hələm.
Uşaqlar böyüyür, amma yenə də,
Oyuncaq görünür əlində qələm.
Qaşaltı lövhələri...
1.
Qaşaltıda səkilər çoxdan tanışdı sənə,
Şəklini tanıyır abelya çiçəkləri.
Ağappaq ləçəklərin ətrini yayır külək
Saçlarına su atıb bəlkə də, fəvvarələr.Isveçrə üsulu ilə düzülən yeməklərin dadı qalmıyıb düzü
Başağrısından başqa bir şey deyil.
Səhər, günorta, axşam rejimlə yeyilən salat
Dadını itirib mövsümü meyvələr də.Rəngli işıqfor kimi
Yaşıl boyanır hər yan, qəfil narıncı, sarı,
Yuxarı mərtəbələrdə reklamlar yanıb-sönür
Əyləncə mərkəzində ... rok səsi doyuzdurur gecəni.Cırtdanboy qızılgüllər,
Yol boyu yollaşan çinar ağacları,
Yerə yatımlı ardıc kolları, gözəl katalpalar
və butalı, butasız su mənzərəsi –
Arizon sərvidi Qaşaltının brendi
2.
Arxamca sönür dəhlizində işıqlar
Önümdə çilçıraq, qamaşır gözüm.
Düşüb ayağıma xalı, xalçalar
Qapımı sim-sim açır, pəncərəni özüm,Maaşların artımı, bir az idman günlüyü
Yeməklərin çeşidi, adamların mövzusu
Qəhvəyi izlər düşüb mərmər pillələr üstə
Şərqdə də, Qərbdə də mazut qoxusuTürk hamamında yuyunur qaralar, ağlar
Buxar qazanında bişir qərib arzular
Ağzıgünə qalıb mini meydanda
təklikdən darıxan bəzəkli toplarŞüalar, dalğalar, yeni metodlar
üstələyib itburnunu, gicitkəni, kəvəri
Nöyüt qoxusundan qaçan adamlar
Nöyütlə yuyurlar bədənləriniBaşıbağlı xalatda kürklü qadınlar,
gah belindən, ayağından gileyli.
Əcnəbi kişilər - tütün kişilər
uzadır vaxtını əyləncələrin.
***
Bu gün səhərə yaxın ...
sübh yazısı oxuyuram bu gecənin sonunda
min ilin yuxusuzu, gözlərim qan ağlayır.Gözlərim acışır, kirpiyim yaşdı
Oda qalanıb odam, boğuluram tüstünə
Əllərinin şəklini göndər mənə, gözəlim
Öpüb qoyaram hər gün gözlərimin üstünə Pəncərədə pərdələr lay-lay ikiqat olub
Boylanıram divarda lələkli tablolara
Çöldəki ağacların gözünü yağış tutub
"Şabran" oteldə sərvlər əski nəğmə oxuyur...Əzizinəm, qol-boyun
Uzundan uzun boyum
Qarğıyım, anan ölsün
Gəlim, sənnən oynuyum***
Bu gecənin 60-dan sonrakı bəlli yaşımda
yanımda əyləşən
çiynindən teli sürüşən
qələm qaşlı mələk qızına gülürdü uşaqlar
bir də
“Bravo”nun gülər gözlü hizmətçi qadınıQaşqabağı yer süpürürdü qonşu stolda
lal-kar adamlar
kafedəki adamlar.Elə həmin gün üzü gecəyə,
Gimnast arenasından bir az aralı
Xırdalandan gələn telefon zənginə
qəhqəhə çəkirdi yaxınlıqda köhnə araba.
Bir də
“Bravo”nun gülər gözlü hizmətçi qadınıUzun qış gecəsiydi...
Məcnun sərvin adına ağız büzürdü adamlar,
Talenin gülüşünə bələnirdi vitrindəki manikenlər,
Bir də
“Bravo”nun gülər gözlü hizmətçi qadını.***Küçə-küçə gizlənirdi öz adım,
Tələbəydi,
hər addımım, hər izim.
təzə-təzə yol alırdım sevgiyə.İçimdəki sevgilərim yaşa doldu,
Günlər keçdi, aylar oldu.
"Sevgi" adlı bu ünvanın əsl adı bəlli oldu,
"Sevgi" adlı bu ünvanın əsl adı Leyli oldu.Pambıq-pambıq ağardırdı ümidimi,
O günüydü, payızıydı, yazıydı.
O gün mənim "sevgi" adlı ünvanıma,
Bu talenin yazacağı müdhiş alın yazıydı.Qorxa-qorxa sökülürdü dan yeri,
Ümidsizdim...
sarı-sarı qamaşırdı gözlərim,
Barmağında qızıl ilan yatırdı.O günüydü, payızıydı, yazıydı,
O gün mənim "sevgi" adlı ünvanımı,
viran qoyan qapqaraca kağızıydı...***
Sabun iyi bürümüşdü şəhəri,
Sabir küçəsinin qanı qaraydı.
Tiyanını qalayırdı qırçılar,
Köpük-köpük bərkiyirdi damcılar,
Xəcalətdən tər tökürdü buludlar.“Hophopnamə” vərəq vərəq uçurdu,
Gəncə çayı qurutmuşdu suyunu.
Susuz idi dəyirmanı quşların,
Bir zəmidə sürülməmiş şum idim.Kəsik-kəsik səslənirdi qayçılar,
Qırılırdı sevənlərin qələmi.
Hörük-hörük qısalırdı saçları,
Hönkür-hönkür ağlayırdı söyüdlər.Ay üzünə yaş tökürdü hörüklər,
Siyah-siyah xallanırdı döşəmə...
Bir sevdanın qara düyün günüydü,
Saçlarını kəsdirdiyin günüydü.
***
***
Bir dostum qürbətdən yazmışdı ki, bəs
Filankəs bəy küçə süpürür Amsterdam şəhərində.
Oturum alacaq neçə il sonra.Sarı gödəkcədə, parlaq geyimdə
Şəhərin
Maşınları şütüyən küçələrində,
Adamları səllimi gəzən səkilərində,
“Qırmızı diplom”lu neçə oğlan..
Rəngəbərəng təmizlik qutuları
axşamı, erkən səhəri
Təmizlik işçiləri ağlıma gəldi.
Ağlıma gəldi ki, qərib peşəsidi süpürgəçilik.
***
Dünən bir məclisdə şərabçı dostlar,
Rus arağı içdilər.
Gürcüstan çaxırı içən də vardı,
Bəs kimlər içəcək bizim araqları,
çaxırı?
Üstünə it hürüb elə bil,
nə olacaq bizim şərabçıların axırı?
Fars dilində oxunan şeirə Səməd Vurğunun cavabı nə oldu? - Güney Azərbaycanın "Yumruğ"u
Elə bil əllərim yox olub mənim... - Günün şeiri
Yadigar Muradovun son vəziyyəti - Açıqlama
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.