EN

Rumıniya “Lukoyl” şirkətinin neft emalı zavodu üçün alıcı tapa bilmir

Bakı, 19 noyabr, AZƏRTAC

Neft kompaniyaları Ployeşti şəhərindəki neft emalı zavodu istisna olmaqla, “Lukoyl” şirkətinin Rumıniyadakı yanacaqdoldurma məntəqələri şəbəkəsini ayrıca almağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Hotnews.ro portalının məlumatına görə, alıcılar böyük investisiyalar tələb edən köhnə neftayırma müəssisəsinə maraq göstərmir. Eyni zamanda, zavod 1998-ci ildən bəri yüksək kükürdlü “Urals” markalı neft emal edir və digər növ neft emal edən potensial alıcıların bu avadanlıqlara ehtiyacı yoxdur.

Yanacaqdoldurma məntəqələri zəncirinə maraq isə yüksəkdir. Portalın mənbələri yanacaqdoldurma məntəqələri şəbəkəsinin potensial alıcıları kimi Amerikanın “Carlyle” investisiya şirkətinin, eləcə də “Mol” və “Hellenic” kompaniyalarının adını çəkir.

Qeyd edək ki, oktyabr ayında ABŞ Maliyyə Nazirliyi “Lukoyl” neft şirkətini və onun törəmə strukturlarını Vaşinqtonun yeni sanksiya paketinə daxil edib.

Chosen
87
1
azertag.az

2Sources