Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (İMQ) Kadrlar İdarəsinin nümayəndələri, Xarici İşlər və Müdafiə Komitəsinin İnsan Resursları üzrə alt-komitəsində qeyri-adi bir statistik məlumat təqdim ediblər: təxminən 600 peşəkar hərbçi, o cümlədən kiçik zabitlər və yüksək rütbəli zabitlər, erkən təqaüdə çıxmaq üçün müraciət edib.
Bizimyol.info xəbər verir ki, bu, İMQ-in kadr təminatı sahəsində yaşadığı böhranın bir hissəsidir.
İsrail Müdafiə Qüvvələri nümayəndələrinin sözlərinə görə, “Bəzi hallarda, müharibə dövründə onları təqaüdə göndərməyimizi gecikdirdik, çünki onları əvəz edəcək heç kəs yox idi” – deyə qeyd ediblər. Bu açıqlamalar, kadr heyətinin vəziyyətinin pisləşməsi, onların maaş şəraiti və maliyyə nazirliyinin onlara verilən bir sıra imtiyazların azaldılmasını tələb etməsi fonunda verilib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.