EN

Rusiyada Hindistanın iki yeni konsulluğu açılıb | FOTO/VİDEO

"TASS" dövlət xəbər agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb ki, konsulluqların açılışı ilə əlaqədar Hindistan Moskvadakı səfirliyində mərasim baş tutub. Tədbirə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar, səfir Vinay Kumar, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və başqa rəsmi hökumət nümayəndələri qoşulublar.

Mərasimdə Hindistan tərəfi konsulluqların açılma prosesində Rusiya diplomatlarının rolunu yüksək qiymətləndirib. Rusiya və Hindistan arasında əsas sənaye sahələri, o cümlədən energetika, metallurgiya, tikinti, infrastruktur, mineral hasilatı və emalı üzrə əməkdaşlıqda uğurlu inkişaf qeydə alındığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi hələ 2024-cü ilin iyulunda Moskvaya səfəri əsnasında Kazan və Yekaterinburq şəhərlərində ölkəsinin iki yeni nümayəndəliyinin açılacağını, beləlikə, iki ölkə arasında yeni səyahət və əməkdaşlıq imkanlarını yaranacağını söyləmişdi. 2025-ci ilin sentyabr ayının 3-də isə Rusiyanın Baş naziri Mixail Mişustin baş konsulluqların açılması haqqında sərəncam imzalayıb.

Firudin Həmidli
AzVision.az
Chosen
4
2
azvision.az

3Sources