EN

Voronejin ABŞ raketi ilə vurulmasına Kremldən reaksiya

BAKI, 19 noyabr. TELEQRAF

“Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatını (müharibəni) davam etdirir və Ukrayna Silahlı Qüvvələrinin Qərb silahlarından istifadə etməklə zərbələr endirmək cəhdlərinin qarşısını alır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin ABŞ istehsalı ATACMS operativ-taktiki raketləri ilə Voronejə zərbə endirməsini şərh edərkən deyib.

“Hazırda xüsusi hərbi əməliyyatı davam etdiririk. Silahlı Qüvvələrimiz Kiyev rejiminin yüksək dəqiqlikli Qərb, indiki halda Amerikanın silahlarından istifadə edərək zərbələr endirmək cəhdlərinin qarşısını alır. Bütün bu Amerika raketləri hava hücumundan müdafiə sistemlərimiz tərəfindən zərərsizləşdirilib”, - Kremlin sözçüsü iddia edib.

Chosen
54
1
teleqraf.com

10Sources