Bakı. Trend:
Tezliklə AzTV-də yayımlanacaq “Dirilən Adam” serialı Azərbaycanədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlıromanı əsasında hazırlanıb.
Trend xəbərverir ki, serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt birailədir. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan BəbirQumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollaraxtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradangötürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaqüçün yenidən şəhərə qayıdır.
Serialın baş rollarında
Əməkdar artistlər – Sənubər İsgəndərli, Füzuli Hüseynov
Aktrisa və aktyorlar – Günay Həsən, Yasin Həzi yer alırlar.
Yaradıcı heyət:
Ssenari müəllifləri: Pərviz Seyidli, Jalə Novruz, KamalHüseynli
Quruluşçu rejissor: Bəhram Yaqublu
Quruluşçu operator: Aqşin Rzayev
Operator: Əmrah Mərdanov
Aktyorla iş üzrə rejissor: Tural Baxış
Prodüserlər: Nicat Həsənli, Nərmin Xankişiyeva
Bəstəkar: Vüqar Məmmədli
Rəssamlar: İlqar Qurbanov, Ayxan Zərgərov
Direktor: Həmid Əsədzadə
Layihə rəhbərləri: Həmid Əsədzadə, Şövkət Məhərrəmova
Serialın ümumilikdə 150 bölüm olması nəzərdə tutulub. İlk bölüm1 dekabr tarixindən etibarən həftə içi 5 gün saat 22:00-daAzərbaycan Televiziyasında yayımlanacaq.
Qeyd edək ki, bu serial AzTV-nin tarixində ilk gündəlikçoxserialı layihədir.