Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.
Aznews.az xəbər verir ki, bu barədə onun qızı məlumat verib.
96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib, 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib.