EN

İqtisadiyyat naziri energetika, nəqliyyat, turizm üzrə görülən işlərdən danışıb

Bakı. Trend:

İcrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdətutulan 2 QVt civarında sənaye miqyaslı 8 günəş və külək elektrikstansiyası üzrə təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici vəyerli investisiyanın cəlb edilməsi iqtisadi artıma töhfə verməkləyanaşı, yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.

Trend xəbərverir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisinbugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanıdeyib.

Nazirin sözlərinə görə, “Xəzər – Qara dəniz – Avropa” və“Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizlərinin yaradılmasıüzrə sazişlərin imzalanması və bu istiqamətdə işlərə başlanmasıstrateji enerji qovşağı olan ölkəmizin etibarlı enerji ixracatçısıvə yaşıl investisiyalar məkanı kimi rolunu daha dagücləndirəcək:

“Nəqliyyat dəhlizləri üzrə ölkənin mövcud infrastrukturunun sonillərdə yaxşılaşdırılması, Ələt Dəniz Ticarət Limanının yükaşırmapotensialının artırılması hesabına tranzit yükddaşımalarının (borukəməri ilə daşımalar istisna olmaqla) həcmi 2019-cu illə müqayisədə2024-cü ildə 2.5 dəfə dəfə artaraq 14.5 milyon ton təşkiletmişdir”.

M.Cabbarov əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsindəicrasına başlanılmış layihə texnologiya transferi baxımından mühüməhəmiyyət kəsb edir Dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasınabaşlanılmış Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı407 milyon ABŞ dolları dəyərində layihə ölkənin su təhlükəsizliyi,texnologiya transferi və xarici investisiyalar baxımından mühümaddımdır:

“Ötən illər ərzində ÜDM-in formalaşmasında mühüm rola malikolmuş tikinti sektorunun canlandırılması istiqamətində mühümaddımlar atılır. “Sea Breeze” turizm zonasının yaradılması vəBirləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i ilə imzalanmışsağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edənmüasir şəhərsalma layihəsi tikinti sektorunun böyüməsinə xidmətetməklə yanaşı, turizm və xidmətlər sektorunun inkişafına stimulverəcək”.

Məqalədə:
Chosen
50
2
az.trend.az

3Sources