EN

Venesuelada gizli əməliyyat: Tramp təlimat verib

ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuelada gizli hərbi əməliyyatlar aparmaq səlahiyyətini təsdiqlədiyi iddia edilir.

Publika.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzeti məlumat yayıb.

İddiaya görə, Tramp son zamanlar gərginliyin artdığı Venesuelada mümkün hərbi əməliyyata hazırlıq üçün əlavə tədbirlər həyata keçirir.

ABŞ prezidentinin, həmçinin Karakas administrasiyası ilə qeyri-rəsmi danışıqların yeni mərhələsini təsdiqlədiyi və bu danışıqlar zamanı Venesuela prezidenti Nikolas Maduronun istefa verə biləcəyinə işarə etdiyi bildirilir.

Chosen
23
publika.az

1Sources