Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.
İki gün öncə Ermənistanın paytaxtında İranla birlikdə təxribata imza atılıb. Tribunainfo.az xəbər verir ki, İran tərəfinin təşəbbüsü ilə İrəvandakı qədim Azərbaycan mədəni irsi olan Göy Məsciddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında hazırlanmış “Xosrov” tamaşası səhnələşdirilib.
Erməni və fars dilində təqdim olunan tamaşanın İranın “Təndis” İncəsənət Qrupu tərəfindən təşkil edildiyi bildirilir. İCRO saytının yaydığı xəbərə görə, bu tamaşa Ermənistanda 10 gün nümayiş etdiriləcək.
İran tərəfinin təxribatı isə ondan ibarət olub ki, bu ölkənin rəsmiləri İrəvanda çıxışları zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvini “İran şairi” kimi təqdim ediblər.
Qeyd edək ki, İran tərəfi mütəmadi olaraq Nizami Gəncəvini “İran şairi” kimi təqdim edir. Onlar bunu onunla “əsaslandırır”lar ki, guya, Nizami əsərlərini farsca yazdığına görə, “İran şairi”dir.
Fərda Uğur
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.