EN

150 min əhalisi olan ölkə Futbol üzrə Dünya Çempionatına vəsiqə qazanıb

“Fənərbaxça”nın sabiq baş məşqçisi Dik Advokaatın çalışdırdığı Kurasao millisi tarixi uğura imza atıb...

Apasport.az xəbər verir ki, komanda 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində son oyunda Yamayka ilə 0:0 hesablı heç-heçə edərək mundiala vəsiqə qazanıb.

150 min əhalisi olan kiçik ada ölkəsi futbol tarixində ilk dəfə Dünya Kubokunda iştirak hüququ əldə edib.

Qeyd edək ki, gərgin keçən görüşün 90+5-ci dəqiqəsində hakim Yamaykanın xeyrinə penalti qərarı verib. VAR-dan gələn xəbərdarlıqdan sonra monitora baxan referi epizodu yenidən dəyərləndirərək qərarını ləğv edib.

Poliqon.info

Chosen
18
4
poliqon.info

5Sources