EN

Rusiyada DƏHŞƏT GECƏSİ: Ukrayna 4 regionu DAĞIDIR, qırıcılar HAVADA, Zelenski Ərdoğandan GÜC ALDI

Ukrayna Silahlı Qüvvələri 18 noyabr tarixində Rusiyanın Voronej şəhərinə ABŞ istehsalı 4 ədəd ATACMS ballistik raketi ilə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “S-400” və “Pantsir” hava hücumundan müdafiə sistemləri bütün raketləri vurub. Raket qalıqları isə Voronejdəki gerontoloji mərkəz və uşaq evinin damına ziyan vurub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiyanın dörd regionu, Qara dəniz və Azov dənizi üzərində 65 Ukrayna pilotsuz təyyarəsini vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə, noyabrın 18-i saat 23:00-dan (Moskva vaxtı ilə) noyabrın 19-u səhər saat 7:00-a kimi Ukraynaya məxsus 65 pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”, - məlumatda deyilir.

Onlardan 16-nın Qara dəniz üzərində, 14-nün Voronej vilayəti və Krasnodar diyarı üzərində, 11-nin isə Belqorod vilayəti üzərində vurulduğu qeyd edilir.
Bundan əlavə, Azov dənizi üzərində doqquz, Bryansk vilayəti üzərində isə bir cihaz zərərsizləşdirilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Azər Həsrətdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Chosen
55
musavat.com

1Sources