EN

"Qalatasaray" "Real"ın ulduzunu hədəfə aldı: Bir şərti var

"Qalatasaray" "Real"ın vingeri Rodriqo Qoesi icarə əsasında heyətinə qatmaq istəyir.

Publika.az xəbər verir ki, İstanbul təmsilçisi "kral klubu"nun 24 yaşlı futbolçunun maaşını ödəməyə razı olacağı halda bu keçidi reallaşdıra bilər. Bu barədə AS məlumat yayıb.

Bildirilir ki, braziliyalı ulduz daha çox oyun praktikası qazanmaq üçün Çempionlar Liqasında çıxış edən bir komandaya icarə əsasında keçid variantını dəyərləndirə bilər.

Cari mövsümdə Rodriqo bütün turnirlərdə 13 matçda iştirak edib və 2 qol ötürməsi ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun bazar dəyəri 80 milyon avrodur.

Chosen
30
publika.az

1Sources