EN

Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı

“Fənərbaxça”nın sabiq baş məşqçisi Dik Advokaatın çalışdırdığı Kurasao millisi tarixi uğura imza atıb.

Apasport.az xəbər verir ki, komanda 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində son oyunda Yamayka ilə 0:0 hesablı heç-heçə edərək mundiala vəsiqə qazanıb.

150 min əhalisi olan kiçik ada ölkəsi futbol tarixində ilk dəfə Dünya Kubokunda iştirak hüququ əldə edib. 

Qeyd edək ki, gərgin keçən görüşün 90+5-ci dəqiqəsində hakim Yamaykanın xeyrinə penalti qərarı verib. VAR-dan gələn xəbərdarlıqdan sonra monitora baxan referi epizodu yenidən dəyərləndirərək qərarını ləğv edib.

Şimanski 3 həftə meydandan uzaq qalacaq

Osimhen İstanbulda müayinə olunacaq

"Beşiktaş"da Rafa Silva böhranı davam edir

Oskarın son durumu bəlli olub

Nuri Şahin Rusiyada işləyə bilər

Chosen
57
4
apasport.az

5Sources