EN

"Azərbaycan dilini tam bilməsəm də..." - Şahruddin

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ünvanına yönələn tənqidlərə cavab verib.

"Unikal" xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında paylaşım edib. 31 yaşlı futbolçu  Azərbaycan dilində səlis danışmaması fonunda sosial şəbəkələrdə tənqid edilmişdi.

Şahruddin Məhəmmədəliyev paylaşımında yazıb:

“Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır”.

Xatırladaq ki, Dağıstanda doğulan Məhəmmədəliyev 2013-cü ildən Azərbaycanda oynayır. O, milliləşdirilmiş futbolçudur. O, əvvəlcə Azərbaycanın U-21, sonra isə əsas millisinə cəlb olunub.

Chosen
28
5
unikal.az

6Sources