FIBA Avropa Kubokunda iki Azərbaycan klubu - "Neftçi" və "Abşeron Lions" üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Bu komandaların arasındakı ilk oyunda "Neftçi" 104:86 hesabı ilə qalib gəlmişdi.
Qrupun digər oyununda "Kalev' "Trefl"i qəbul edəcək. Bu oyun isə Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, I qrupunda son turdur. Turnir cədvəli isə belədir.
1. "Trefl" - 9 xal, 2. "Neftçi" - 8 xal, 3. "Kalev" - 7 xal, 4. "Abşeron Lions" - 6 xal.