EN

Qəza səbəbindən bağlanan Bakı-Sumqayıt yolu açıldı

Binəqədi rayonu, Moskva prospektində baş vermiş qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Azreform.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yolda hərəkət bərpa olunub.

Qeyd edək ki, səhər saatlarında Bakının Binəqədi rayonu, Moskva prospektində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilmişdi.

Chosen
18
6
azreform.info

7Sources