EN

65 yaşlı sərxoş kişi qaz sobasını yandıran zaman partlayış baş verdi

Göygöldə evdə qaz partlayıb, 65 yaşlı kişi xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib. Belə ki, 1960-cı il təvəllüdlü R.Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 65 yaşlı kişi gecə saatlarında yaşadığı evdə sərxoş halda qaz sobasının yandıran zaman partlayış olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
43
1
unikal.az

10Sources