EN

Mundiala vəsiqə qazanan ölkələrin sayı 39-a çatdı - SİYAHI

Gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 39-a çatıb. 

Fanat.Az xəbər verir ki, Avropa zonasında seçmə mərhələnin son günündə daha 5 iştirakçının kimliyinə aydınlıq gəlib. 

İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçika yığmaları mundiala vəsiqəni təmin ediblər.

Beləliklə, əsas mərhələyə yüksələn komandaların sayı 34-ə çatıb. Üç meydan sahibi ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderland, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçika seçmələri mundialda iştirakını rəsmiləşdiriblər. 

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

Chosen
14
3
fanat.az

4Sources