EN

Bakıda məşhur restoranların Yeni il qiyməti bilindi Detallar

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yeni il yaxınlaşdıqca məşhur istirahət məkanları və otellər bayram yarışına start verib. Artıq Abbas Bağırov, Murad Arif və digər tanınmış ifaçıların iştirakı ilə hazırlanan reklam rolikləri sosial şəbəkələri bürüyüb. Bu videolar təkcə əyləncə ab-havası yaratmır, həm də bayram mövsümündə otellər arasında ciddi rəqabətin və qiymət savaşının başladığını göstərir.

Bu tədbirlərə giriş neçəyədir, bahalıq hansı həddədir? Ümumiyyətlə, yeni il proqramlarına tələb varmı?

Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, bayram ərəfəsində bu cür proqramlara tələbat yüksək olur:

“Azərbaycanda bütün otel və restoranlarda belə şənlikləri təşkil etmək mümkün deyil. Lakin iri otellər, geniş restoranlara və həyətyanı sahələrə malik olan, əyləncə tədbirləri keçirməyə şəraiti olan müəssisələr bu cür proqramları həyata keçirirlər. Adətən iki gün, iki gecə və ya üç günlük paketlər təklif olunur. Qiymətə qidalanma ilə yanaşı, 31 dekabr gecəsi üçün nəzərdə tutulan əyləncə proqramı da daxil edilir. İki nəfərlik paketlərin qiyməti təxminən 1500-2000 manat arasında dəyişir. Qiymətlər yüksək görünsə də, faktiki olaraq bu təkliflərə tələb var. Məhz buna görə otellər bir ay əvvəldən şou proqramların reklamını və satışını həyata keçirirlər”.

Ceyhun Aşurov

Ekspert bildirib ki, Yeni il bayramını digər ölkələrdə də keçirmək mümkündür:

“Məsələn, Dubay, Tiflis, İstanbul və Türkiyənin müxtəlif şəhərlərində bu məbləğə uyğun istirahət paketləri tapmaq olar. Lakin seçim tamamilə insanların zövqü, zamanlaması və istirahət planlaşdırması ilə bağlıdır. Görünən odur ki, Azərbaycanda otellərdə keçirilən bu cür tədbirlər geniş kütləyə hesablanmasa da, mövcud təkliflər bazarda kifayət qədər diqqət çəkir. Buna görə də satışlar davam edir və qiymətlər bazar şərtlərinə uyğun şəkildə formalaşır”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
74
9
globalinfo.az

7Sources