Bakı. Trend:
Yaponiyanın Oita şəhərində baş verən geniş miqyaslı yanğınnəticəsində ən azı bir nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalıxəbər verib.
Məlumata əsasən, yanğın barədə noyabrın 17-də məlumat bildirilibvə yanğının söndürülməsi 12 saatdan çoxdur ki, davam edir.
Yanğının nə vaxt söndürüləcəyi ilə bağlı hələlik proqnozyoxdur.
Təhlükəsizlik məqsədilə yaxınlıqdakı evlərdən 170-dən çox insantəxliyə edilərək evakuasiya mərkəzinə yerləşdirilib.