EN

Onun üçün 100 milyon təklif etdilər

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərənin “Mançester Siti” komandası qış transfer dönəmi öncəsi heyətini gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.

Qəzet yazır ki, İngiltərə nəhəngi Türkiyə millisi və “Real Madrid”in yarımmüdafiəçisi Arda Güler üçün 100 milyon avro təklif etməyə hazırlaşır. Belə ki, Pep Qvardiola gənc ulduzun oyun üslubunu yüksək qiymətləndirir və onu öz sistemində “8 nömrə” roluna mükəmməl uyğun futbolçu hesab edir.

Bununla belə, Madrid klubu hazırda Ardanı satmaq niyyətində deyil. “Real” rəhbərliyi 20 yaşlı yarımmüdafiəçinin gələcəkdə dünyanın ən yaxşı oyunçularından biri ola biləcəyinə əmindir.

Qeyd edək ki, Arda Güler indiyədək “Real Madrid”in heyətində 77 oyuna çıxıb, 15 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
qafqazinfo.az

1Sources