EN

ABŞ Nümayəndələr Palatası Epşteyn işinə dair materilların açıqlanmasına qərar verdi

ABŞ Nümayəndələr Palatası ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı materialların açıqlanmasını tələb edən qanun layihəsini qəbul edib.

Musavat.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı materialları açıqlamasını tələb edən qanun layihəsinin lehinə 427 qanunverici səs verib, aşağı palatanın bir üzvü isə əleyhinə səs verib. Qanun layihəsi indi baxılmaq üçün ABŞ Senatına göndəriləcək. Yuxarı palata tərəfindən təsdiqlənərsə, imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək.

17 noyabrda jurnalistlərin qanun layihəsini imzalayıb-imzalamayacağı ilə bağlı sualına Tramp onu tam dəstəklədiyini bildirib. O, əvvəllər Konqresdəki respublikaçı həmkarlarını qanun layihəsini dəstəkləməyə səs verməyə çağırıb, eyni zamanda Demokrat rəqiblərini "diqqəti Respublikaçıların uğurundan yayındırmaq" üçün Epşteyn işini qəsdən təbliğ etməkdə ittiham edib. Ötən həftə Demokratlar Epşteynin bir neçə tanışı və tərəfdaşı ilə elektron poçt yazışmalarının bir hissəsini yayımlayıblar. Bu, digər şeylərlə yanaşı, Trampın maliyyəçinin cinayətlərindən xəbərdar ola biləcəyini irəli sürüb. Ağ Ev Demokratların hərəkətlərini prezidenti ləkələmək cəhdi kimi xarakterizə etdi.

 

Musavat.com

Chosen
44
musavat.com

1Sources