EN

Avstriya millisi DÇ-2026-da iştirak edəcək

Dünya çempionatının Avropa seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina səfərdə Avstriyanın qonağı olub.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə bitib.

12-ci dəqiqədə hesabı qonaqlardan Haris Tabakoviç açıb. 77-ci dəqiqədə Mixael Qreqoriç cavab topunu vurub.

Qrupdakı digər oyunda Rumıniya San-Marinonu qəbul edib.

Oyunda ilk qolu qonaqlardan Nikolas Cakopetti 2-ci dəqiqədə vurub. 13-cü dəqiqədə Dante Rossi topu öz qapısından keçirərək hesabı bərabərləşdirib. 29-cu dəqiqədə Ştefan Bayaram Rumıniyanı irəli çıxarıb. 42-ci dəqiqədə Dennis Man üçüncü topu qonaqların qapısından keçirib. 57-ci dəqiqədə Cakomo Valentini avtoqol edərək hesabı 4:1-ə çatdırıb. 76-cı dəqiqədə Yani Haci beşinci topu San-Marinonun qapısından keçirib. 82-ci dəqiqədə Andrey Ratsiu Rumıniyanın 6-cı qoluna imza atıb. Nəhayət 87-ci dəqiqədə Luis Muntyanu yekun hesabı müəyyən edib - 7:1.

Beləliklə, Avstriya komandası 19 xal toplayaraq qrup birincisi kimi dünya çempionatına vəsiqə qazanıb. 17 xal toplayan Bosniya və Herseqovina pley-offda iştirak hüququ əldə edib. Rumıniya 13 xalla üçüncü olub. San-Marino isə xal toplamayıb.

İdman.Biz

Chosen
68
1
idman.biz

2Sources