EN

Şotlandiya Danimarkanı məğlub edərək DÇ-2026-ya vəsiqə qazandı

Şotlandiya və Danimarka yığmaları arasında 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 6-cı tur oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərində yerləşən "Hampden Park" stadionunda baş tutan görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə nəticələnib.

Matçın hesabı artıq 4-cü dəqiqədə “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey tərəfindən açılıb. İkinci hissədə, 57-ci dəqiqədə onun klub yoldaşı Rasmus Hoylund penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 62-ci dəqiqədə Danimarkanın müdafiəçisi Rasmus Kristensen ikinci sarı vərəqə alaraq meydandan qovulub.

79-cu dəqiqədə Şotlandiya millisinin hücumçusu Lourens Şanklend komandasını önə keçirib. 82-ci dəqiqədə müdafiəçi Patrik Dorgu hesabı yenidən bərabərləşdirib. Oyunun son dəqiqələri isə tamamilə şotlandların üstünlüyü ilə keçib: 90+3-cü dəqiqədə Kiran Tirni, 90+8-ci dəqiqədə isə yarımmüdafiəçi Kenni Maklin fərqlənərək Şotlandiyanı ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya çıxarıb.

Altı oyundan sonra Şotlandiya 13 xal toplayaraq C qrupunda liderliyini qoruyur. Danimarka isə 11 xalla ikinci pillədə qərarlaşıb.

Chosen
33
90deqiqe.az

1Sources