EN

Azərbaycanın U-21 millisi minimal hesablı qələbəyə sevindi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, B qrupunun oyununda səfərdə Cəbəllütariq millisi ilə üz-üzə gələn yığma 1:0 hesablı qələbəyə sevinib.

"Europa Point Stadium"dakı yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurub.

Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliya millisinə qarşı keçirəcək.

Chosen
33
6
fanat.az

10Sources