EN

Bir ailənin müəmmalı ÖLÜMÜ: İlkin hesabat nə deyir?

Noyabrın 9-da İstanbulun Fatih rayonunda dörd nəfərlik Böcek ailəsinin şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb.

 
Sitat.info xəbər verir kk, bu barədə "Haber Global" məlumat yayıb.
 
Hesabata əsasən, ailə üzvlərinin qaldıqları hoteldə kimyəvi maddəyə məruz qalma ehtimalı daha çoxdur. Qida zəhərlənməsi ehtimalı isə arxa plana keçirilib.
 
Qeyd edək ki, istintaq çərçivəsində saxlanılan 11 nəfərdən dördü həbs edilib.
 
Xatırladaq ki, Beşiktaşdakı bir restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə Fatih rayonunda qaldıqları hoteldən xəstəxanaya aparılan Kadir Muhammet və Masal Böcek, eləcə də onların anaları Çiğdem Böcek həyatlarını itiriblər. Ata Servet Böcek xəstəxanada müalicə almasına baxmayaraq, noyabrın 17-də dünyasını dəyişib.
Chosen
28
8
sitat.info

10Sources