EN

Xatirədən nazirliyə sərt REAKSİYA: Mən o adam deyiləm!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam Mədəniyyət Nazirliyini onu Xankəndi və Şuşada keçirilən dövlət tədbirlərinə dəvət etməməkdə ittiham edib. Lakin qurum bu xəbəri təkzib edib. Bildirilib ki, müğənni 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər günü çərçivəsində keçirilən rəsmi tədbirlərə dəvət olunmasına baxmayaraq, bundan imtina edib.

Globalinfo.az xəbər verir ki, sənətçidən Mədəniyyət Nazirliyinə cavab gecikməyib.

O, 19 yaşından 35 yaşına kimi bütün dövlət tədbirlərində təmənnasız iştirak etdiyini bildirib:

“Prezidentin qələbəsinə həsr etdiyim “Xankəndi” əsərim ölkədə bu qədər sevildiyi halda, niyə Qarabağda keçirilən mühüm tədbirlərdə dövlət başçılarının olduğu konsertlərə dəvət almamışam? Həmin tədbirlərə başqalarını, məni isə özünüz üçün keçirdiyiniz bayram tədbirinə çağırmağı düşünürsünüzsə, mən o adam deyiləm. Sənətimə, səsimə dəyər görsəydim, nəinki 31 dekabr, hətta ilin 365 günü yanınızda olardım”.

Xatirə İslam qaldırdığı məsələnin ötən illərlə əlaqəli olduğunu vurğulayıb:

“Mədəniyyət Naziriliyi və Mənzər xanımla heç bir şəxsi problemim olmasa da, indi dəvət olunduğum bir-iki dövlət tədbrində yeni nazir təyin olunandan sonra dəvət almışam. Yeni nazirimizin ayağı yüngül oldu, 15 il fasilədən sonra nəhayət, məni yenidən dəvət etməyə başladılar. Allah axırını xeyir eləsin”.

Leyla Əlisoy

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
82
globalinfo.az

1Sources