“Əgər söhbət sırf narkotik alverindən gedirsə, bu bir şeydir. Amma deyəsən, söhbət Maduronu devirməkdən gedir. Yoxsa “Cerald R. Ford” təyyarə daşıyıcısının tətil zərbə qrupunu Avropa əməliyyatlar meydanından Karib hövzəsinə köçürməyə nə ehtiyac var? Tramp silahı artıq stolun üstünə qoyub. Məsələ, onun bu silahdan istifadə edib-etməyəcəyindədir”, - Donald Trampın ilk prezidentliyi dövründə onun Milli Təhlükəsizlik müşaviri olmuş Con Bolton deyib.
![]() |
| CNN:“ABŞ Kubadakı iflasını təkrarlaya bilər” |
- Maduro ilə bəzi danışıqlarımız ola bilər və görək nə baş verir. Onlar danışmaq istəyərdilər”,- Donald Tramp bildirib.
Venesuela lideri Nikolas Maduro isə, öz növbəsində, Vaşinqtonu saxta bəhanələrlə hərbi münaqişə hazırlamaqda ittiham edib.
“Amerikalıların əsl məqsədi bizim ölkənin təbii sərvətlərini ələ keçirmək və oyuncaq hökumət qurmaqdır. ABŞ hərbi təzyiq siyasətinə son qoymalıdır. Sonsuz və ədalətsiz müharibələr yetər. Bir daha Liviya və Əfqanıstan olmamalıdır”,- Venesuela prezidenti vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl “CNN” telekanalı Venesuelaya qarşı quru əməliyyatlarına başlayacaq ABŞ-nin 1961-ci ildə Kubada düçar olduğu təkrarlaya bilməsi riski ilə üzləşcəyini istisna etməyib.
Sahil İsgəndərov
AzVision.az
