ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan yığması geridönüş etdi
Azərbaycan U-19 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, 13-cü qrupda yer alan yığmamız Malta ilə üz-üzə gəlib.
Matçda Azərbaycan millisi 0:1 hesabı ilə geri düşsə də, sonda 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Elxan Abdullayevin komandası daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
Avropa çempionatı, seçmə mərhələ
13-cü qrup
18 noyabr
Malta U-19 - Azərbaycan U-19 - 1:2
Qollar: Deyan Farruqya, 49 - Nadir Orucov, 60, Şahismayıl Cəfərov, 80

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.