Zəngilanın icra basçısı Ramiz Həsənov da ölkənin ən stajlı icra başçılarından sayılır. 2011-ci il aprel ayının 26-da Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayon icra hakimiyyətinin başçısı təyin olunan 65 yaşlı Həsənov 5 ay sonra bu postu tutmağının 15 illiyini qeyd edəcək. Fotoda: Zəngilanın icra basçısı Ramiz Həsənov
Qeyd edək ki, Ramiz Həsənov Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun kiçik qardaşıdır. Zəngilanın ən stajlı məmurlarından biri də Mehman Nəsirovdur. Mədəni səviyyəsi və bənzərsiz səmimiyyəti ilə seçilən Nəsirov, deyəsən, zəngilanlilarin qəlbinə əbədi yol tapıb. O, 20 ildən çoxdur Zəngilan rayon Mədəniyyət evinin müdiri vəzifəsində çalışır.Fotoda: Zəngilan rayon Mədəniyyət evinin müdiri Mehman Nəsirov
Zaur Əliyev / Metbuat.az