EN

Yanvar-oktyabr aylarında Azərbaycanda dəmiryolu ilə yükdaşımalarının ümumi həcmi məlum olub

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolunəqliyyatı ilə ümumi dəyəri 2,5 milyard ABŞ dolları olan 5,9 milyonton həcmində beynəlxalq yük daşınıb.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 149 milyon ABŞ dolları və ya 5,5 faiz , həcm baxımındanisə 295 min ton və ya 4,8 faiz azdır.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə Azərbaycandan 2,3milyon ton həcmində, ümumi dəyəri 750,9 milyon ABŞ dolları olanyüklər ixrac edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədədəyər ifadəsində 20,4 milyon dollar və ya 2,3 faiz çox, həcmbaxımından isə 10 min ton və ya 0,4 faiz azdır.

Eyni zamanda, cari ilin ilk on ayı ərzində dəmir yolu nəqliyyatıilə Azərbaycana 3,6 milyon ton həcmində, ümumi dəyəri 1,8 milyardABŞ dolları olan yüklər idxal edilib. Bu isə 2024-cü ilin eynidövrü ilə müqayisədə dəyər ifadəsində 169 milyon ABŞ dolları və ya8,6 faiz, həcmlə isə 285 min ton və ya 7,4 faiz azalmademəkdir.

Chosen
31
az.trend.az

1Sources