Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza planı ilə bağlı qətnaməsini qəbul edib.
Bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, 17 noyabr tarixində BMT Təhlükəsizlik Şurası qətnaməni qəbul etmək üçün səs verib. Qətnaməyə Rusiya və Çin bitərəf mövqe bildiriblər.
Bu qətnamə Trampın Qəzzadakı müharibəyə son qoymaq planını təsdiqləyir və Fələstin anklavı üçün beynəlxalq sabitləşmə qüvvələrinin yaradılmasına icazə verir.
Bəs görəsən, BMT Təhlükəsizlik Şurasının Trampın Qəzza planını qəbul etməsi regionda real siyasi dəyişiklik yaradacaqmı?
Belə demək olarsa, BMT Təhlükəsizlik Şurasının Trampın Qəzza planını qəbul etməsi ilk baxışdan diplomatik qələbə təsiri yaratsa da, regionda dərhal fundamental siyasi dəyişiklik yaratmaq gücünə malik deyil. Lakin bu qərar üç əsas istiqamətdə ciddi dönüş potensialı daşıyır: beynəlxalq legitimlik, regional güc balansı və gələcək təhlükəsizlik arxitekturası.
İndiyə qədər Qəzzaya dair təşəbbüslərin çoxu birtərəfli idi və BMT səviyyəsində konsensusla təsdiqlənmirdi. Bu dəfə isə Təhlükəsizlik Şurasının rəsmi qətnaməsi, Rusiya və Çinin veto qoymaması, ABŞ-nin planına ilk dəfə geniş masa dəstəyi Vaşinqtona diplomatik üstünlük qazandırır.
Bu isə ABŞ-nin Qəzza məsələsində təkbaşına “vasitəçi” olmaqdan beynəlxalq legitim arbitra çevrilməsi deməkdir.
Konkret olaraq belə demək olar ki, əslində, qətnamənin qəbulu tək başına regionu dəyişmir, amma Yaxın Şərqdə yeni siyasi arxitekturanın təməlini qoya biləcək ən ciddi beynəlxalq addımdır.
Tərəflərin atacağı addımlardan asılı olaraq bu plan ya münaqişəni donduran texniki sənəd olacaq, ya da gələcək iki dövlətli həll üçün real siyasi çərçivə yarada biləcək.
Qeyd edək ki, İsrail və HƏMAS ötən ay 20 maddəlik planın birinci mərhələsi – iki illik müharibədə atəşkəs və girovların azad edilməsi barədə razılığa gəliblər.
Afət
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.