EN

Nazirin olduğu təyyarə yanıb kül oldu

Konqoda mədənçilik sənayesi üzrə nazirin olduğu təyyarə Kolvezidə fövqəladə eniş edib və yanıb.

AzPost xəbər verir ki, Anadolu Agentliyinə istinadla məlumat verilib ki, Demokratik Konqo Respublikasının mədənçilik naziri və rəsmi heyətin üzvlərini daşıyan təyyarə eniş zamanı hərəkət trayektoriyasını itirərək uçuş-enmə zolağından çıxıb və qısa müddət sonra alovlanıb.

Nazirin müşaviri təsdiqləyib ki, bütün sərnişinlər – nazir və rəsmi heyətin üzvləri də daxil olmaqla – möcüzə nəticəsində xəsarətsiz xilas olublar. Evakuasiya sayəsində təxminən 20 nəfər sağlam şəkildə təyyarədən çıxarılıb, lakin onların baqajı ciddi zədələnib.

Hökumət nümayəndələri Kolveziyə yerli rudnikdə vəziyyəti yoxlamaq məqsədilə səfər edirmiş. Qeyd olunur ki, həmin rudnikdə əvvəllər baş vermiş qəza nəticəsində 32 işçi həlak olub.

AzPost.az

Chosen
12
azpost.info

1Sources