EN

DÇ 2026: Mundialın 48 iştirakçısından 34 ü bilinir

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 34-ə çatıb. 

Fanat.Az xəbər verir ki, A qrupunda Almaniya millisi Slovakiyanı 6:0, G qrupunda isə Niderland yığması Litvanı 4:0 hesabı ilə üstələyərək mundiala vəsiqəni təmin ediblər.

Beləliklə, əsas mərhələyə yüksələn komandaların sayı 34-ə çatıb. Üç meydan sahibi ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya və Niderland seçmələri mundialda iştirakını rəsmiləşdiriblər. 

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
fanat.az

1Sources