EN

ABŞ rəsmisi Zəngəzur dəhlizinə görə Gürcüstana gəldi

BAKI, 18 noyabr. TELEQRAF

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Conatan Askonas Gürcüstanda rəsmi səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Gürcüstandakı səfirliyi yayıb.

“ABŞ Dövlət Departamentinin nümayəndəsi (baş müşavir) Conatan Askonası Gürcüstanda qəbul etməkdən məmnunuq. Onun səfərinin məqsədi Gürcüstanın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”na (“Tramp yolu” və ya Zəngəzur dəhlizi) necə dəstək verə biləcəyini müzakirə etməkdir. Bu nəqliyyat marşrutu avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilmiş sülh sammitinin nəticəsidir”, - səfirlik bildirib.

ABŞ rəsmisi səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyi və Baş nazir Administrasiyası, eləcə də beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşəcək.

Chosen
72
teleqraf.com

1Sources