EN

ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir

BAKI, 18 noyabr. TELEQRAF

"ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir".

Teleqraf xəbər verir ki, bu barədə Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Cpn E.Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumunda bildirib.

C.E Herbst vurğulayıb ki, Prezident Donald Tramp özünü sülh təsisçisi kimi təqdim edir və bu, əsassız deyil:

“Onun təşəbbüsləri çərçivəsində 9 münaqişənin həlli istiqamətində iş aparılır ki, onlardan biri də Azərbaycan–Ermənistan münaqişəsidir. ABŞ Mərkəzi Asiyanı strateji prioritet bölgə hesab edir. Bu baxımdan Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra Bakıda forumun təşkil olunması təsadüfi deyil. Yaxın gələcəkdə platforma Azərbaycanın qoşulması ilə C6+1 formatına çevriləcək və bu, tərəflər arasında əlaqələrin əhəmiyyətini daha da artırır”.

Chosen
77
teleqraf.com

1Sources