EN

Dabaq xəstəliyi ilə bağlı peyvəndləmə tədbirlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır - RƏSMİ

Bakı.Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) vəÜmumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST / WOAH) birgəməlumatına əsasən, dabaq (Foot-and-Mouth Disease – FMD)xəstəliyinin əsasən Cənubi Afrika üçün xarakterik olan SAT-1(Southern African Territories) serotipi son aylarda Yaxın Şərq vəQərbi Avrasiya regionlarında aşkar edilib. Türkiyə, Gürcüstan, İraqvə Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzəərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılmasırəsmi təsdiqini tapıb.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərüfatı nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən FAO və ÜHST tərəfindən müvafiqölkələrə bio­təhlükəsizlik, monitorinq və peyvəndləmə tədbirləriningücləndirilməsi, həmçinin xəstəliyə qarşı erkən xəbərdarlıq vəcavab mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə edilib.

Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxmarisklərini nəzərə alaraq Azərbaycan Respublikasının KəndTəsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA)tərəfindən builki peyvəndləmə planından kənar dabaq xəstəliyininhəmin serotipinə qarşı əlavə peyvənd alınıb və aidiyyəti qurumlarilə razılaşdırılmaqla profilaktik peyvəndləmə tədbirlərinəbaşlanılıb.

Bildiririk ki, peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin builin sonuna qədər başa çatdırılması planlaşdırılır. Artıq peyvəndvasitəsinin müəyyən hissəsi ölkəmizə gətirilib və sərhədboyuərazilərdə dabaq xəstəliyinin SAT-1 serotipi üzrə peyvəndləməişlərinə başlanılıb. Həyata keçiriləcək profilaktik tədbirlər dabaqxəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının vəheyvandarlıq sahəsində itkilərin qarşısını almağa xidmət edir.

AXA FAO və ÜHST tövsiyələri nəzərə alınmaqla epizootiksabitliyin qorunması, biotəhlükəsizlik tədbirləriningücləndirilməsi və peyvəndləmə tədbirlərinin operativ həyatakeçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Chosen
55
15
az.trend.az

10Sources