EN

ABŞ və Azərbaycan ekspertləri Bakıda toplaşdı - FOTO

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumu başlayıb.

Musavat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi Forumun mövzusu “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu”dur.

Forumda hökumət nümayəndələri, yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin Atlantic Council, New Lines Institute, Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və The National Interest jurnalından nümayəndələrin çıxışları gözlənilir.

Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin ilk Forumunda “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyalar keçiriləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
85
25
musavat.com

10Sources