EN

Sakinləri özündən çıxaran vəziyyət KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Kürdəmirdə magistral su boru xətti partlayıb.

Hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-ci kilometrliyində, su kəmərinin rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Partlayış səbəbindən ərazidə su təchizatında ciddi problemlər yaranıb. Sakinlər uzunmüddətli su çatışmazlığından narazılıqlarını bildiriblər.

Onlardan biri vəziyyətin artıq dözülməz hal aldığını deyib: “Əziyyət çəkirik, su tapa bilmirik. Suyu mağazadan alırıq. Belə yaşayış olar?!”

Digər sakin isə problemin mütəmadi xarakter aldığını vurğulayaraq bildirib:

“Hər həftə boru xətti partlayır. Deyirlər ki, bu həftə də su olmayacaq. Bunun axırı olacaq? Hansı dövrdə yaşayırıq? Son iki ayda altı dəfə boru partlayıb, dörd-beş gün susuz qalırıq”.

Ətraflı Baku TV-nin süjetində:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
6
konkret.az

7Sources