Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri Miyako şəhərindən 108 km şimal-şərqdə yerləşib. Ocağın dərinliyi 33 km olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.