EN

DİQQƏT: Bu müəllimlər öz peşəsindən imtina edə bilər

Uzun iş saatları və artan iş yükünün kişi müəllimlərin peşədən uzaqlaşmasına səbəb olub-olmayacağı müzakirə mövzusudur.

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli KONKRET.az-a açıqlama verib.

Gəncləri

Ekspert bildirib ki, hazırda Azərbaycanın ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı 30 faizə belə çatmır. Onun sözlərinə görə, bu göstərici artıq kişi müəllim çatışmazlığının real mənzərəsini ortaya qoyur.

Məmmədli hesab edir ki, mövcud dəyişikliklər və ya əlavə iş yükü müəllimlərin ümumi şəkildə peşədən yayınmasına ciddi təsir göstərməyəcək:

“Düşünmürəm ki, hansısa dəyişikliklər müəllimlərin ümumi tədrisdən uzaqlaşmasına səbəb ola bilər. Çünki müəllim kimi fəaliyyət göstərən şəxslər artıq özlərini bu peşədən kənarda görmürlər. Kişi müəllimlərin az olması da buna əyani sübutdur.”

Ekspert əlavə edib ki, hazırda gündəmdə olan dəyişikliklər əsasən 2027–2030-cu illəri əhatə edir və bu barədə qəti fikir demək hələ tezdir.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
107
konkret.az

1Sources