EN

Biomüxtəliflik təhdid altındadır: Daha bir göl QURUYUR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Hacıqabul gölü, Şirvan şəhəri ərazisində yerləşən unikal bir göldür. Təxminən 19 km² sahəsi olan oval göl köçəri quşların əsas dayanacağıdır və zəngin biomüxtəlifliyə malikdir. Əsas mənbəyi Kürçaydan gələn qol və qurunçların yaratdığı təbii su mənbələridir. 1990-cı ilə qədər göl nadir quş və heyvan növlərinə, o cümlədən flamingolara ev sahibliyi etmiş və Ramsar Konvensiyasına daxil olaraq beynəlxalq əhəmiyyətli su batıqlıqları siyahısına salınmışdır".Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.O, bildirib ki, son 10 ildə gölün quruması prosesi başlayıb:"Kürdən gələn kanalın kəsilməsi, yağış sularının axınının qarşısının alınması və kanalizasiya sularının axıdılması nəticəsində göl demək olar ki, tamamilə biomüxtəlifliyini itirmişdir. Hazırda 50-dən çox quş növü, o cümlədən qırmızı kitabda qeyd olunan flamingolar yoxa çıxıb, müxtəlif balıq növləri məhv olub".Ekoloq bildirib ki, sovet vaxtı göldə turistlər üçün yarışlar, qayaq yarışları və balıq tutma tədbirləri keçirilirdi:"Gölün dərinliyi təxminən 5 metrə çatırdı və burada biomüxtəliflik çox zəngin idi. Lakin hazırda göl ekoloji baxımdan ciddi təhlükə altındadır. Ekoloji və Təbii Sərvətlər Nazirliyi və Milli Məclis bir neçə dəfə gölün bərpası ilə bağlı müzakirələr aparsa da, effektiv addımlar atılmayıb. Gölün bərpası üçün Kürdən gələn kanalın açılması, yağış sularının axınının təmin edilməsi və çirklənmiş suların qarşısının alınması və qoruq elan edilməsi zəruridir. Bu tədbirlər həyata keçirilsə, göl ərazidə ekoloji tarazlığı bərpa edə və biomüxtəlifliyi yenidən qoruyub saxlaya bilər".Onun sözlərinə görə, gələcəkdə bu tədbirlər reallaşdırılacaq və Hacıqabul gölü yenidən ekoloji cəhətdən sağlam vəziyyətə gətiriləcək.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
82
demokrat.az

1Sources