EN

Fransadan Ukraynaya ŞOK DƏSTƏK

Prezident Volodimir Zelenski və Fransa lideri Emmanuel Makron Ukraynaya hərbi yardımın gücləndirilməsi barədə “tarixi saziş” imzalayıblar.

Musavat.comxəbər verir ki, sazişin imzalanma mərasimi Ukrayna Prezident Administrasiyası tərəfindən canlı yayımlanıb.

Sazişin məqsədi Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməkdir və o, Kiyevə dördüncü nəsil “Rafale” qırıcılarının, həmçinin SAMP/T hava hücumundan müdafiə sisteminin verilməsini nəzərdə tutur.

Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna Fransadan 100-ə qədər “Rafale” qırıcısı sifariş etməyi planlaşdırır.

Bundan bir gün əvvəl Zelenski axşam müraciətində Fransa ilə “tarixi saziş” imzalanacağını elan etmiş və bunun Ukraynanın müdafiə qabiliyyətini, döyüş aviasiyasını əhəmiyyətli dərəcədə gücləndirəcəyini vurğulamışdı.
Chosen
115
15
minval.info

10Sources