EN

Zavazava: "Azərbaycanın İKT sahəsinə xüsusi önəm verir"

Bu sözləri WTDC-25-in açılış mərasimində çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava deyib. O bildirib ki, bu tədbirin yüksək səviyyədə təşkil olunması Azərbaycanın İKT sahəsinə xüsusi önəm verdiyini göstərir.

Zavazava əlavə edib ki, bəzi ölkələr süni intellekt və 6G texnologiyalarına doğru irəliləyərkən, digərləri hələ də ən sadə internet bağlantısı üçün mübarizə aparır: “Bu səbəbdən konfransın əsas məqsədi Bakı Bəyannaməsinin hazırlanmasıdır. Bəyannamə qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi kimi nəzərdə tutulur”.

K.Zavazava qeyd edib ki, konfransda 2 min 300-dən artıq iştirakçı, o cümlədən 65-dən çox nazir və nazir müavini səviyyəsində nümayəndə iştirak edir. Onun sözlərinə görə, WTDC25 müxtəlif regionlardan, o cümlədən az inkişaf etmiş ölkələrdən, dənizə çıxışı olmayan və kiçik ada dövlətlərindən, həmçinin ölkələrarası urban və kənd əraziləri arasında rəqəmsal imkan fərqlərinin aradan qaldırılması məsələlərini müzakirə edir.

“Biz rəqəmsal bacarıqların artırılması, kibertəhlükəsizlik, süni intellekt və digər yeni texnologiyaların təhlükəsiz istifadəsi məsələlərinə diqqət yetiririk. Uşaqların onlayn mühitdə qorunması da bu konfransın əsas müzakirə mövzularındandır”.


AzVision.az


Chosen
87
1
azvision.az

2Sources