Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, Rusiya qüvvələri Donetsk, Xarkov və Dnepropetrovsk bölgələrində irəliləyiş əldə edib.
Nazirliyin məlumatında qeyd olunur ki, Rusiya ordusu aşağıdakı yaşayış məntəqələrini ələ keçirib:
Platonovka (Donetsk vilayəti)
Dvuryeçanskoye (Xarkov vilayəti)
Qay (Dnepropetrovsk vilayəti)
Moskva bu irəliləyişləri “uğurlu hücum əməliyyatlarının nəticəsi” kimi təqdim edir. Ukrayna tərəfi isə hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.