EN

Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması tarixi uğurumuzdur - Cəlil Xəllov

Bakı. Trend:

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsindəAzərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərindətamhüquqlu üzv olması tarixi uğurumuzdur.

Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəllov bildirib.

Polkovnik qeyd edib ki, bu, Azərbaycanın Mərkəzi Asiya ölkələriilə mövcud olan tarixi dostluq münasibətlərini strateji müttəfiqlikmünasibətləri səviyyəsinə qaldırdığını göstərir:

“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında tarixən mövcudolan sıx dostluq əlaqələrinin Prezident İlham Əliyevin hakimiyyətidövründə sürətlə inkişaf edərək yeni mərhələyə yüksəldiyi heç kiməsirr deyil. Təkcə bir faktı qeyd edək ki, son üç il ərzindəAzərbaycanın dövlət başçısı Mərkəzi Asiya ölkələrinə 14 dəfə,Mərkəzi Asiya dövlətlərinin rəhbərləri isə ölkəmizə 23 dəfə səfəredib ki, bu da tərəflərin qarşılıqlı əməkdaşlığa böyük önəmverdiyini göstərir. Məhz bütün bu görüşlərin nəticəsidir ki, bu günAzərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərstrateji müttəfiqlik səviyyəsinə yüksəlib. Mərkəzi Asiya DövlətBaşçılarının 7-ci Məşvərət Görüşündə ölkəmizlə bağlı alınan qərarbunu bir daha sübut edir.

Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərindətamhüquqlu üzv olması ölkəmizə Mərkəzi Asiya ilə bağlı keçirilənbütün görüşlərdə iştirak etməyə, öz mövqeyini daha prinsipialşəkildə ortaya qoymağa, bu coğrafiyada nüfuzunu və aktivliyiniəhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Buna görə dəAzərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərindətamhüquqlu üzv olması faktı Prezidentimiz İlham Əliyevin vədövlətimizin ən böyük uğurlarından biri kimidəyərləndirilməlidir”.

Polkovnik qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya üzrəkeçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması türk dünyasıdaxilindəki birlik və inteqrasiya prosesinə də müsbət təsirgöstərəcək:

“Bildiyiniz kimi, son vaxtlar Türk Dövlətləri Təşkilatının (TDT)fəaliyyətində ciddi irəliləyişlər müşahidə edilməkdədir. Bu qurumaüzv olan ölkələr arasında siyasi-iqtisadi və mədəni əlaqələrinsürətli inkişafı, hərbi əməkaşlıq məsələlərinin aktiv müzakirəyəçıxarılması və s. türk dünyası daxilindəki birlik əzmini əksetdirir. Bu mənada Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilənMəşvərət Görüşlərində tamhüquqlu üzv olması, türk dövlətləridaxilindəki bu birliyi daha da gücləndirəcək, türk dünyasınınqlobal müstəvidə vahid strategiya sərgiləməsi üçün geniş imkanlaraçacaq”.

Cəlil Xəlilov yaxın gələcəkdə Mərkəzi Asiya dövlətləri iləAzərbaycan arasında beynəlxalq əhəmiyyətli layihələrin dəreallaşacağına diqqət çəkdi:

“Azərbaycan Mərkəzi Asiyanın enerji ehtiyatlarının dünyabazarına, xüsusilə Avropa bazarına çıxarılması baxımından böyükperspektivə malikdir. Bununla yanaşı, Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin son açıqlamalarından da məlum olur ki,yaxın gələcəkdə Mərkəzi Asiya ilə Azərbaycan arasında beynəlxalqəhəmiyyətli yeni layihələr gerçəkləşəcək. Bunlardan biri Xəzərindibi ilə fiber-optik kabelin, digəri isə elektrik kabelininçəkilməsidir.

Bu iki nəhəng layihə bir daha sübut edir ki, AzərbaycanlaMərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr sürətləgenişlənməkdədir və əlaqələrin bu şəkildə inkişafı türk dövlətləriarasında digər müstəvilərdə də əlaqələrin inkişafına imkanyaradacaq”.

Məqalədə:
Chosen
17
4
az.trend.az

2Sources