EN

Bakıda WUF13 ilə əlaqədar diplomatik korpus üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 17-də Bakının 2026-cı ildə ev sahibliyi edəcəyiBirləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar AzərbaycanRespublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələriüçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib.

Trend xəbər verir ki, 2026-cıilin 17-22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri:təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusundakeçiriləcək Foruma dair məlumatlandırma sessiyasında AzərbaycanRespublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 AzərbaycanƏməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-ninMəskunlaşma Proqramının (UN-Habitat) Xarici Əlaqələr, Strategiya,Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yemeru çıxışedib və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın videomüraciəti təqdim olunub.

Sessiyanın məqsədi WUF13 tədbirinin mahiyyəti və hazırlıqprosesi, Forum çərçivəsində planlaşdırılan tədbirlər, tematikdialoqlar və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanlarıbarədə iştirakçılara məlumat verməkdir.

WUF13-ün milli koordinatoru Anar Quliyev brifinq iştirakçılarınısalamlayaraq, qlobal əhəmiyyətli forum çərçivəsində dövlət vəhökumət başçılarının, nazirlərin yüksək səviyyəli tədbirlərdəiştirak edəcəklərini bildirib. O vurğulayıb: “WUF13 ölkəmiz üçündayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığıgücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsindənailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etməkbaxımından unikal bir platformadır. Azərbaycan Foruma yenitəşəbbüslər təqdim edib və forum tarixində ilk dəfə olaraq dövlətvə hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsinəzərdə tutulur. Bu, Azərbaycanın qlobal şəhər gündəliyinəsadiqliyini və şəhərlərin transformasiyasına dair beynəlxalqproseslərdə fəal liderliyini nümayiş etdirir. Biz inanırıq ki,WUF13 şəhərlərin daha dayanıqlı və insan mərkəzli inkişafına mühümtöhfə verəcək”.

Daha sonra UN-Habitatın icraçı direktoru xanım AnaklaudiaRossbax videomüraciət ilə bu mühüm toplantının təşkilinə görəAzərbaycan Respublikasının Hökumətinə təşəkkürünü bildirib. O qeydedib: “WUF13 bütün tərəfdaşların “hər kəs üçün layiqli mənzil”əçıxışı təmin etmək öhdəliklərinin yeniləməsi üçün mühüm bir məqamolacaq, çünki bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsasıolan insan ləyaqəti, təhlükəsizliyi və iqlim fəaliyyəti üçünzəruridir. Həmçinin bu tədbir “Yeni Şəhər Gündəliyi” sənədininqəbulunun onilliyini və bu müddət ərzində əldə olunan inkişafı qeydetmək, eyni zamanda, növbəti on il ərzində mənzil təminatıməsələsinə fokuslanaraq fəaliyyət göstərmək üçün əhəmiyyətli birfürsət olacaq”.

Tədbirdə iştirak edən diplomatların diqqətinə çatdırılıb ki,Forumun yüksək səviyyədə təşkili məqsədilə bütün əsas əməliyyatistiqamətləri üzrə hazırlıq və koordinasiya işləri ardıcıl şəkildəhəyata keçirilir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru AdilMəmmədov Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionunda WUF13 üçünmüxtəlif funksional zonaların müəyyən edilməsi, müvafiqinfrastrukturun qurulması və tədbirin bütün aspektlərinin yüksəksəviyyədə təşkili istiqamətində aparılan işlər barədə ətraflıməlumat verib. O, həmçinin vurğulayıb ki, hazırlıq prosesindədayanıqlılıq, təhlükəsizlik və əlçatanlıq prinsipləri hərtərəflinəzərə alınmaqla bütün əməliyyat istiqamətləri üzrə koordinasiyaişləri ardıcıl şəkildə həyata keçirilir. O, bildirib: “MəqsədimizBakıda yüksək təşkilatçılıq standartlarına cavab verən, inklüziv vəqlobal əməkdaşlığa xidmət edən nümunəvi bir beynəlxalq platformayaratmaqdır.”

Brifinqdə UN-Habitat-ın Xarici Əlaqələr, Strategiya, Bilik vəİnnovasiya Departamentinin direktoru Edlam Yeməru Forumunkonsepsiyası və proqramı barədə geniş təqdimatla çıxış edib.

Sessiya sual-cavab və açıq müzakirə formatında davam edib.

Hibrid formatda təşkil olunan interaktiv sessiyada Azərbaycandafəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri,ümumilikdə 100-ə yaxın diplomat iştirak edib.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Chosen
134
16
az.trend.az

10Sources