EN

Rubinyan ABŞ rəsmisi ilə görüşdü

Ermənistan-Türkiyə Sülh Prosesi üzrə xüsusi nümayəndə, Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan İrəvanda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Hukerlə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rubinyan “Facebook” səhifəsində yazıb.

“Biz regional hadisələri və Ermənistan-Türkiyə sülh prosesini müzakirə etdik”, - o qeyd edib.

Bundan əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavininin Ermənistana gəldiyi və Ermənistanın baş naziri, Ermənistanın xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Ermənistan-Türkiyə sülh prosesi üzrə Ermənistanın xüsusi nümayəndəsi ilə görüşlər keçirəcəyini bildirmişdi.


Telegram kanalımız
Chosen
111
yenisabah.az

1Sources