ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison M. Hooker 2025-ci il 15–21 noyabr tarixlərində Azərbaycan və Ermənistana işgüzar səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.
Hazırda səfərin proqramı və müzakirə olunacaq məsələlər barədə əlavə detallara açıqlama verilmir.
ABŞ tərəfi səfərin məqsədini gizli saxlayır, bu isə regiondakı geosiyasi dinamika fonunda diqqət çəkib.
Musavat.com